Uşaq mahnıları müsabiqəsi

 

   İyunun 7-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinin təqdimatı keçirilib.

   Mərkəzin direktoru İradə Yaqubova bildirib ki, layihə çərçivəsində uşaq mahnıları müsabiqəsinin təşkili nəzərdə tutulur. Qeyd olunub ki, uşaqların əqli və mənəvi cəhətdən inkişafına, dünyagörüşünə bilavasitə təsir edən mahnıların bəstələnməsi üçün belə müsabiqələrin keçirilməsi vacibdir.

   Tədbirdə Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə və bəstəkar Oqtay Zülfüqarov həmsədr olmaqla müsabiqənin münsiflər heyəti yaradılıb. Müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilərlər. Qalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 4.